Legioner həyatı yaşayan ən bahalı azərbaycanlı futbolçular

30 Dekabr 2023 13:20 Bizimkilər 1 178
Legioner həyatı yaşayan ən bahalı azərbaycanlı futbolçular

Almaniyanın tanınmış “Transfermarkt” portalı bir müddət əvvəl Azərbaycan millisinin xaricdə çıxış edən bir sıra futbolçularının transfer dəyəri ilə bağlı qiymətləndirməsini yeniləyib.

Sportinfo.az xəbər verir ki, legioner həyatı yaşayan futbolçularımızın arasında ən dəyərlisi “Hatayspor”da forma geyinən Renat Dadaşov hesab olunur.

Onun transfer dəyəri 400 min avro yüksələyərək 2 milyon avroya (təxminən 3,75 milyon manat) çatıb. Buna görə də Dadaşov hazırda Azərbaycanın ən bahalı futbolçusu hesab olunur.

Millimizin forvardının Türkiyə klubu ilə icarə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. Amma "Hatayspor" mövsümün sonunda onu transfer etmək hüququna sahibdir.

"Dinamo"nun vingeri Mahir Emreli 1 milyon 200 min avro (təxminən 2,25 milyon manat) səviyyəsində qalıb.

“Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyevin qiyməti isə azca yüksəlib. Hazırda onun dəyəri 850 min avro (təxminən 1,6 milyon manat) civarındadır.

Həmçinin Bolqarıstanın “Arda” klubunun formasını geyinən Cəlal Hüseynovun da oyunçu dəyəri artaraq 500 min avro (təxminən 935 min manat) olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!