COP29

Mbappenin anası yalnız bunu dedi: “Siz artıq hər şeyi bilirsiz”

21 May 15:20 Fransa 530
Mbappenin anası yalnız bunu dedi: “Siz artıq hər şeyi bilirsiz”

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin anası oğlunun növbəti klubu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yalnız bunu deyib:

“Siz artıq hər şeyi bilirsiz”.

Daha əvvəl Mbappe cari mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. Hücumçu komandadan azad agent kimi ayrılacaq.

Fransalı futbolçunun karyerasını “Real”da davam etdirəcəyi gözlənilir. Tərəflər 5 illik müqavilə imzalamağa yaxındırlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"