Darıxanda APOEL-ə vurduğum qola baxıram" - FLAVİNYO "QARABAĞ"A İNANIR

7 Noyabr 2019 19:10 Avropa Liqası 1 174
Darıxanda APOEL-ə vurduğum qola baxıram" - FLAVİNYO

"Neftçi"nin sabiq yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün keçiriləcək APOEL - "Qarabağ" oyunu haqda fikirlərini açıqlayıb.

Sportinfo.az-a danışan braziliyalı futbolçu Nikosiyadakı qarşılaşma öncəsi şansların bərabər olduğunu söyləyib. Ancaq o, təmsilçimizin qələbə qazanacağına inandığını bildirib:

"İnanıram ki, möhtəşəm oyun olacaq. Hər iki komanda son illər ardıcıl çempion olur və avrokubokların qrup mərhələsində çıxış edir. "Qarabağ" artıq Avropada adından söz etdirən klubdur. Şanslar demək olar ki, bərabərdir. Ancaq "Qarabağ"ın qələbə qazanacağına inanıram"

Flavinyo 2012-ci ildə "Neftçi"nin heyətində Avroliqanın pley-off mərhələsinin cavab oyununda (3:1) səfərdə APOEL-in qapısına vurduğu qolu da xatırlayıb:

"Nə vaxt ki darıxıram, həmin qola baxıram. Heç şübhəsiz, futbolçu karyeram ərzində vurduğum ən vacib qollardan biridir".

Digər Xəbərlər
Xəbər Lenti