Bəzən adamı elə iyrəndirir ki... Meesinin penalını qaytaran, BOS pişiyi

1 Dekabr 2018 16:36 Avropa Liqası 710
Bəzən adamı elə iyrəndirir ki... Meesinin penalını qaytaran, BOS pişiyi

Bir şaxtalı gecə.

Soyuğun iliyinə kimi, damarlardan axan qanın donma təhlükəsinə səbəb ola biləcəyi gün. Bakı Olimpiya Stadionu. Yenə "Qarabağ" oynayır.

Amma əvvəlki gecələrdən fərqli, "Qarabağ" da, azarkeşlər də, elə jurnalistlər də əvvəlki günlərdən fərqli görsənir.

Yox, tam da fərqli deyil. Yenə "İmarət" boğazına güc verib. Gözüm məni yanıltmırsa, yenə üst geyimlərini soyunanlar var (bu soyuqda). Onlar ilk hissədə qapımıza vurulan 3 qoldan sonra stadionu tərk edən 3 yeniyetmə kimi də edə bilərdilər. Etmədilər...

Yenə jurnalistlər iş başındadır. Amma hamısı yox. Ələk prosesini gözünüz önünə gətirin. Sanki ələniblər. Bunu media sektorundakı can(sız)lanmadan və ən əsası fasilə zamanı furşetxanada yemək götürmək üstündə ayaqlanmamağından başa düşmək olur. İndi soyuqdan qorxanlar və səfər davası döyənlər yoxdur (bilməyənlər üçün: ilin son səfəri olan Londona "Qarabağ" jurnalist aparmır.

Əvəzində şaxtalı havada barmaqları ilə klaviatura düymələrini döyəcləyən və ya öz redaksiyalarına telefonla məlumat çatdıranlar var...

Bəzən futbol adamı elə iyrəndirir ki, fasilədə stadionu tərk etmək istəyirsən. Amma birdən yadına düşür: sən bura qələbə və ya gözəl oyun üçün gəlməmisən, peşə vəzifəni yerinə gətirmək üçün burdasan. Oyundan sonra bəzən şablon sual və cavabların səsləndiyi mətbuat konfransı, daha sonra futbolçulardan müsahibə, sonra bu boranda stadiondan "Koroğlu"ya kimi kross qaçışı sənin taleyinə yazılmış alın yazısıdır...

...Haldourson miks zonadan çıxanda gözü jurnalist axtarırdı. Sanki "danışdırın da məni, axı mən Messinin penaltisini qaytaran qapıçıyam, buraxdığım 6 qolda səhvim yox idi" deməyə çalışar kimi gözləri o yan, bu yanı gəzirdi.

Ancaq miks zonada onu bir nəfər və BOS-un məşhur pişiyi gözləyirdi. O bir nəfər də media əhli yox, Naninin dopinq testdən çıxmasını gözləyən hansısa selfi həvəskarı idi. Jurnalistlər qazandığını taksiyə verməmək üçün lazımi futbolçulardan müsahibə alıb metroya qaçmışdılar...

Səbuji Musayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti