Avropanın üç ölkəsi DÇ-ya ev sahibliyi etmək istəyir

19 Oktyabr 2020 20:40 Dünya futbolu 439
Avropanın üç ölkəsi DÇ-ya ev sahibliyi etmək istəyir

Almaniya, Belçika və Niderland 2027-ci ildə qadınlar arasında keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir.

Sportinfo.az xəbər verir ki, 3 ölkə yarışı birgə təşkil etmək məqsədilə təklif irəli sürmək qərarına gəlib.

Onlar FIFA və UEFA-ya müraciət etmək istədiklərini bildiriblər.

Almaniya daha əvvəl 2011-ci ildə qadınlar arası dünya çempionatına, Niderland isə Avropa çempionatına (2017) ev sahibliyi edib. Belçika isə ilk dəfə qadınlar arasında bu cür böyük turnirin təşkilatçısı ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!