"O, əla futbolçu olsa da, gözləyir ki, klounluq etsin"

17 Oktyabr 2020 01:10 Dünya futbolu 505
"O, əla futbolçu olsa da, gözləyir ki, klounluq etsin"

Peru yığmasının sabiq futbolçusu Karlos Sambrano Braziliya millisinin üzvü Neymarı kəskin tənqid edib.

Sportinfo.az xəbər verir ki, Braziliya DÇ-2022- nin seçmə mərhələsinin 2-ci turunda Peru ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib.

Neymarın bu oyundakı davranışı Karlosu qəzəbləndirib: “Düzünü desəm, Neymar böyük futbolçudur, dünyada ən yaxşılardan biridir. Ancaq o, mənim üçün kloundur.

Neymar özü də bilirik ki, meydanda hansı hərəkətlərə yol verir. O, əla futbolçu olsa da, hər xırda qayda pozuntusunu gözləyir ki, klounluq etsin.

Cərimə meydançasında 4-5 dəfə yıxıldı və hakimə tərəf baxdı ki, penalti təyin edəcək, ya yox. Axır ki, 2 dəfə istəyinə nail oldu”.

Digər Xəbərlər
Xəbər Lenti