Ronaldo haqqında yayılan son şayiəni yalanladı

16 Oktyabr 2020 21:20 Dünya futbolu 1 157
Ronaldo haqqında yayılan son şayiəni yalanladı

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirus qaydalarını pozduğu xəbərlərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, koronavirusa yoluxan 35 yaşlı hücumçu "Football Italia" nəşrinə açıqlamasında bütün qaydalara riayət etdiyini söyləyib.

Oktyabrın 13-də Kriştiano Ronaldoda koronavirus aşkarlanıb. O, İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını vurğulayıb:

"Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Vaxt keçsin deyə günəş vannası qəbul edirəm. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam. Təcili yardımla İtaliyaya qayıtdım və Turində də heç kimlə əlaqə qurmadım".

Digər Xəbərlər
Xəbər Lenti