İtaliya səfərdə Niderlandı uddu – QONAQLARIN GECƏSİ

8 Sentyabr 2020 00:40 Dünya futbolu 568
İtaliya səfərdə Niderlandı uddu – QONAQLARIN GECƏSİ

UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A Liqasının I qrupunda lider Niderland doğma meydanda İtaliya ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə minimal hesablı qələbə qazanıblar. Bu qrupun digər matçda isə Polşa səfərdə Bosniya və Herseqovinadan üstün olub.

Millimizin yer aldığı C liqasında Qazaxıstan evdə Belarusa, Albaniya isə Litvaya uduzub. Gecənin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

A liqası

1-ci qrup

22:45. Bosniya və Herseqovina – Polşa 1:2

Qollar: Haris Hayradinoviç, 21 (pen.) - Kamil Qlik, 35, Kamil Qrositski, 67

22:45. Niderland – İtaliya 0:1

Qol: Nikolo Barella, 45+1

B liqası

1-ci qrup

22:45. Avstriya – Rumıniya 2:3

Qollar: Kristof Baumqartner, 17, Kərim Onisivo, 81 - Denis Alibek, 3, Draqoş Qriqore, 51, Maksim Aleksandru, 70

22:45. Şimali İrlandiya – Norveç 1:5

Qollar: Patrik Makneyr, 6 - Məhəmməd Elyunussi, 2, Erlinq Holann, 7, 58, Aleksander Sörlot, 19, 47

2-ci qrup

22:45. Çexiya – Şotlandiya 1:2

Qollar: Yaroslav Peşyek, 12 - Lindon Dayks, 27, Rayan Kristi, 52

22:45. İsrail – Slovakiya 1:1

Qol: İlay Elmkis, 90+1 - Mixal Düriş, 14

C liqası

4-cü qrup

18:00. Qazaxıstan – Belarus 1:2

Qollar: Abat Aymbetov, 62 - Maksim Bordaçyov, 53

22:45. Albaniya – Litva 0:1

Qol: Donatas Kazlauskas, 51

Qırmızı vərəqə: Elseyid Hüsay, 87

Digər Xəbərlər
Xəbər Lenti