Klubu dəyişmək istəyir - Ronaldo ilə yola getmir

8 İyun 2024 01:30 Dünya futbolu 1 508
Klubu dəyişmək istəyir - Ronaldo ilə yola getmir

"Əl-Nəsr"in futbolçusu Sadio Mane komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, seneqallı vinger Səudiyyə Ərəbistanı təmsilçisində özünü xoşbəxt hiss etmir.

Bu barədə "Sports Zone" məlumat yayıb.

32 yaşlı ön xətt oyunçusu meydanda Kriştiano Ronaldo ilə anlaşa bilmədiyi üçün ayrılıq qərarı verib.

Sadio Mane 2023-cü ilin yayından "Əl-Nəssr"də çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 46 rəsmi matçda 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!