"Trabzonspor" Mahirin “Dinamo”dakı vəziyyətini yaxşılaşdırır

8 Avqust 2023 02:10 Türkiyə 2 065
"Trabzonspor" Mahirin “Dinamo”dakı vəziyyətini yaxşılaşdırır

"Dinamo"da Mahir Emrelinin komanda yoldaşı olan Bruno Petkoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçunun xidmətində "Trabzonspor" maraqlıdır.

Zaqreb təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyən xorvatiyalı forvardın Qara Dəniz təmsilçisinə keçidi real görünür.

"Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK-lə oyunlarından sonra futbolçunu satmağı planlaşdırır. Keçidin 4-5 milyon avro qarşılığında baş tutacağı bildirilir.

"Dinamo" Bruno Petkoviçi 2019-cu ilin yayında "Bolonya"dan transfer edib. Xorvatiya millisinin üzvünün klubla müqaviləsi gələn ilin yayında bitir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu