Məşhur məşqçi "Neftçi"ni təriflədi: “Texnikalı və yaxşı komandadır"

8 Avqust 2023 01:10 Neftçi 1 061
Məşhur məşqçi "Neftçi"ni təriflədi: “Texnikalı və yaxşı komandadır"

"Neftçi" texnikalı və yaxşı komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

71 yaşlı mütəxəssis bildirib ki, bu qarşılaşmalar hər iki komanda üçün faydalı olacaq:

"Rənglərimiz də eynidir. Rəqibin gözəl stadionu var. Onlar bizə, biz də onlara yad deyilik.

Mərhələni keçmək istəyirik. Komandamı buna uyğun hazırlayıram".

Yeni transfer Ante Rebiç Bakı klubuna qarşı oynamaq şanslarını da dəyərləndirən təcrübəli çalışdırıcı xorvatiyalı hücumameyilli yarımmüdafiəçiyə şans verə biləcəyini istisna etməyib:

"Fərdi məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Komanda ilə hazırlıq keçmədiyi üçün müəyyən çatışmazlıqları var.

Artıq bizimlə məşlərə başlayıb. Güc baxımından axsayırdı.

Oynamağa tam hazır deyil. "Neftçi" ilə görüşdə meydana sonradan daxil olması daha düzgün olar.

Amma onunla bağlı qərarımı iki gündən sonra verəcəyəm. Çünki çox çalışır".

"Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da baş tutacaq. "Neftçi Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək.

Cavab görüşü isə avqustun 17-də İstanbulda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!