Messi ilə görüşən uşağın həyatı KABUSA DÖNDÜ: "Hər gün ölüm qorxusuyla yaşayırıq"

2 İyun 2020 10:52 Dünya futbolu 7 060
Messi ilə görüşən uşağın həyatı KABUSA DÖNDÜ: "Hər gün ölüm qorxusuyla yaşayırıq"

Bir neçə il əvvəl “Polietilen torbalı Messi” adı ilə məşhurlaşan uşaq hər gün ölüm təhlükəsi yaşayır.

Sportinfo.az xəbər verir ki, uşağın anası mediaya açıqlama verərək oğlu məşhur olandan sonra həyatlarında hər şey mənfi yöndə dəyişib.

Ana Talibanın oğlunu axtardığını, keçən il təhdidlərə görə evlərini tərk etmək məcburiyyətində qaldıqlarını deyib.

Polietilen torbadan hazırladığı forma ilə Murtaza Əhmədi 3 il əvvəl medianın gündəminə gəlmişdi. Uşağın “Polietilen torbalı Messi” adlı fotosu sosial şəbəkədə böyük səs-küyə səbəb olmuşdu. Messi kiçik Murtaza ilə görüşmüş və futbol topu və imzalı forma hədiyyə etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi