Mövsümün ləğv olunduğu ölkədə kubokun finalı keçiriləcək

29 May 2020 01:38 Dünya futbolu 607
Mövsümün ləğv olunduğu ölkədə kubokun finalı keçiriləcək

Koronavirus pandemiyasına görə ölkə çempionatında 2019/20 mövsümünü vaxtından əvvəl bitirən Belçika Futbol Federasiyası kubokun final qarşılaşmasını keçirməyə qərar verib.

Sportinfo.az xəbər verir ki, Belçika kubokunun həlledici görüşü avqustun 1-də keçiriləcək.

Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın azarkeşsiz keçiriləcəyi diqqətə çatdırılıb. Belçika kubokunda finala “Brügge” və “Antverpen” klubları vəsiqə qazanıblar. Bu iki komanda arasındakı görüş Brüsseldə təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM