Dedilər, dəyişmək olmaz!

27 May 2020 11:20 Dünya futbolu 405
Dedilər, dəyişmək olmaz!

Niderland Futbol Federasiyası "Alkmar"ın vaxtından əvvəl başa çatdırılan Erediviziyanın nəticələrinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxıb.

Sportinfo.az xəbər verir ki, komandanın müraciəti təmin olunmayıb, turnir cədvəlindəki sıralama olduğu kimi saxlanılıb.

Klubun məsələ ilə bağlı UEFA-ya da məktub ünvanladığı vurğulanıb. "Alkmaar" pandemiyası səbəbindən ləğv olunan 2019/2020 mövsümünü 56 xalla 2-ci sırada başa vurub və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Alkmaar təmsilçisi ilə eyni xala malik, yalnız qolların fərqinə görə rəqibini qabaqlayan lider "Ayaks" isə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb.

Bununla razılaşmayan klub rəhbərliyi hesab edir ki, cari mövsüm keçirilən şəxsi görüşlərin hər ikisində Amsterdam klubuna qalib gəldikləri üçün ÇL-ə birinci yerin sahibi kimi məhz onlar getməlidirlər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!