Bu futbolçular maaşlarının azaldılmasına qarşı çıxdı

9 Aprel 2020 22:10 Dünya futbolu 717
Bu futbolçular maaşlarının azaldılmasına qarşı çıxdı

İsveçrənin “Bazel” klubunun futbolçuları koronavirusa görə məvaciblərinin azaldılmasına razı olmayıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bazel” rəhbərliyi futbolçulara illik məvaciblərinin 17,5 faiz azaldılmasını təklif etsə də, oyunçular bunu qəbul etməyib. Bu 17,5 faizə əsasən futbolçular aprel, may və iyun ayı ödənişlərini 70 faiz az alacaqdı.

Rəhbərliyin yenidən futbolçularla müzakirələr aparacağı bildirilib. Artıq Avropanın bir sıra klubunda futbolçuların maaşları azaldılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!