Avropanın daha bir tanınmış klubu "Qarabağ"ın hücumçusuna elçi düşdü - NÖVBƏTİ ŞOK DDİA!

20 Dekabr 2024 00:50 Qarabağ 6 406
Avropanın daha bir tanınmış klubu "Qarabağ"ın hücumçusuna elçi düşdü - NÖVBƏTİ ŞOK DDİA!

"Qarabağ"ın hücumçusu Olavio Juninyo "Sevilya" ilə yanaşı, Avropanın daha bir tanınmış klubunun maraq dairəsindədir.

Həmin komanda hazırda Çempionlar Liqasında oynayır.

Sportinfo.az xəbər verir ki, bu haqda İspaniyanın AS nəşri məlumat yayıb.

Daha öncə İspaniyadan "Sevilya" Juninyo üçün "Qarabağ"a rəsmi təklif göndərib.

"AS" nəşri yazır ki, vinger və hücumçu almaq istəyən "Sevilya" üçün Juninyonun transferi favoritdir. Lakin qəzet onu da qeyd edir ki, "Qarabağ" braziliyalıya görə çox pul tələb edir.

Klubun belə bir maliyyə təklifi irəli sürməyi düşündüyünü yazan qəzet Juninyonun özündən də təzyiq jesti gözləyir.

Qəzetin yazdığına görə, hazırda Çempionlar Liqasında yarışan "Srvena Zvezda" (Serbiya) da Juninyonu heyətinə cəlb etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız