Pulları var, amma bir batman dərdləri də var…

1 Aprel 16:54 Dünya futbolu 176
Pulları var, amma bir batman dərdləri də var…

Koronavirus, demək olar ki, bütün dünyada çempionatların dayandırılmasına səbəb olub.

Sportinfo.az xəbər verir ki, bütün dünya hazırda bu virusla mübarizə aparır.

Futbolçular arasında da virusa yoluxanlar var. Ən son məlumata görə, hazırda dünyada 46 futbolçu virusa yoluxub.

Ən çox yoluxma İtaliyadadır. Onlardan bəziləri artıq virusa qalib gələ bilib. Koronavirusa yoluxanların siyahısını təqdim edirik:

İtaliya

Danile Ruqani, Blez Matyuidi, Paulo Dibala (hamısı “Yuventus”), Herman Pesselya, Patrik Kutrone, Duşan Vlaxoviç (hamısı “Fiorentina”), Manolo Qabbyadini, Olbin Eskdal, Antonino la Qumina, Morten Torsbi, Fabio Depaoli, Bartoş Bereşinski, Edqar Barret (hamısı “Sampdoriya”), Mattia Tsakani (“Verona”), Kinq Pol (“Udineze”), Deniel Maldini (“Milan”), Andrea Saraniti (“Leççe”), Marko Sportello (“Atalanta”)

İspaniya
U Ley, Lenadro Kabrera (hər ikisi “Espanyol”), Jonatas (“Elçe”), Yelko Alfaya (“Berqantinos”), Xose Luis Qayya, Esekel Qaraya, Elyakim Manqala və “Valensiya”nın daha 7 futbolçusu.

Almaniya
Maksimilian Mittelştedt (“Herta”), Luka Kilian (“Paderborn”), Yannes-Kilian Horn, Timo Hyubers (hər ikisi “Hannover”), Fabian Nyurnberqer (“Nyurnberq”)

İngiltərə
Ceyms Bolton, Endi Kennon, Şon Raqet (hamısı “Portsmut”), Çarlz Ostin (“Vest Bromviç”), Pepe Reyna (“Aston Villa”)

Fransa
Çuk Yun Çjun (“Trua”)

Çin
Marun Fellayni (“Şandun Lunen”)

Rusiya
Maksim Astafyev (“Leninqradets”)

Yaponiya
Qotoku Sakai (“Vissel Koba”)

Xəbər Lenti