"Messi birdən ayağa qalxıb, mənə tərəf gəldi, nə baş verdiyini anlamadım"

20 Noyabr 2023 10:20 Dünya futbolu 1 618
"Messi birdən ayağa qalxıb, mənə tərəf gəldi, nə baş verdiyini anlamadım"

“Napoli”nin vingeri Xviça Kvaratsxeliya “qızıl top” mərasimində “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə görüşündən danışıb.

Sportinfo.az xəbər verir ki, gürcü futbolçu Messinin davranışını yüksək qiymətləndirib:

“Messi sağımda oturmuşdu. Reklam fasiləsi zamanı ayağa qalxmamağımız və hərəkət etməməyimiz barədə xəbərdarlıq edildi, mən də oturdum.

Messi birdən ayağa qalxıb, mənə tərəf gəldi. Nə baş verdiyini anlamadım, amma əlini qaldırıb əlimi sıxdı.

Mən bu davranışı çox yüksək qiymətləndirirəm, o, heyrətamiz insandır”.

22 yaşlı futbolçu səsvermənin nəticələrinə görə 17-ci yeri tutub. Messi 8-ci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0