27:0 qalib gəldi, istefaya göndərildi

17 Noyabr 2019 11:43 Dünya futbolu 1 068
27:0 qalib gəldi, istefaya göndərildi

İtaliyanın yeniyetmələrdən ibarət "İnviktasauro" komandasının məşqçisi istefaya göndərilib. Səbəb isə heç də komandanın zəid oyunu deyil. Sportinfo.az xəbər verir ki, "Marina Kalço" klubu üzərində 27:0 hesablı qələbədən sonra rəhbərlik rəqibə hörmətsizliyə görə, baş məşqçi ilə vidalaşıb.

"İnviktasauro"nun prezidenti Paolo Broqelli vəziyyətə belə aydınlıq gətirib:

"Komandamızın "Marina Kalço" üzərində 27:0 hesablı qələbəsini eşidəndə təəccübləndik. Çox təəssüf edirik ki, belə hal baş verib. Bu, uşaq futbolunun prinsiplərinə uyğun gəlmir. Rəqibə həmişə hörmət etmək lazımdır, ancaq bu baş vermədi.

Prezident kimi "Marina Kalço" klubundan üzr istəyirəm. Klub rəhbərliyi məşqçi Riççinini istefaya göndərmək haqqında yekdil qərar qəbul etdi. Bizim məşqçilər yeniyetmə futbolçulara təkcə hazırlıq keçməməlidirlər, həm də onların tərbiyəsinə fikir verməlidirlər".

Digər Xəbərlər
Xəbər Lenti