Fati Portuqaliya millisini seçir - "Məncə, bu, arzu olaraq qalmayacaq"

22 Sentyabr 2019 12:15 Dünya futbolu 1 206
Fati Portuqaliya millisini seçir -

Oktyabrın 31-də 17 yaşını qeyd edəcək "Barselona"nın əsas heyət üzvü Ansuman Fatinin hansı milli komandanı seçəcəyi artıq dəqiqləşmək üzrədir.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qvineya-bissaulu vinger güman ki, Portuqaliya yığmasını seçəcək.

Bugünlərdə İspaniya pasportunu alan Fatinin atası Bori Fatinın Pireney mətbuatına verdiyi müsahibədən bu qənaətə gəlmək olar: "Həmişə oğlumun Portuqaliyanın şərəfini qorumasını arzulamışam. Məncə, bu, arzu olaraq qalmayacaq. Həm Ansunun da Portuqaliya millisində oynamaq istədiyini fikirləşirəm. Bu barədə indi konkret qərar vermək çətindir. Ancaq artıq Portuqaliya Futbol Federasiyasının rəsmilərindən biri ilə danışığım olub. Fati də son sözünü desin, əminəm ki, hər zaman evdə futbola baxanda əyninə geyindiyi və arzuladığı Portuqaliya yığmasının formasını seçəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti