39 yaşlı tanınmış müdafiəçi müqaviləsini yeniləmədi - Avropaya qayıtmaq istəyir

1 Dekabr 2025 18:20 Dünya futbolu 767
39 yaşlı tanınmış müdafiəçi müqaviləsini yeniləmədi - Avropaya qayıtmaq istəyir

“Monterrey”in (Meksika) mərkəz müdafiəçisi Serxio Ramos Avropaya qayıtmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı ilin sonunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib və Avropaya qayıtmaq istəyir.

O, İtaliyada şansını sınamağa hazırdır. “Yuventus” da daxil olmaqla İtaliyanın bir neçə klubu bu yaxınlarda müdafiəçiyə müraciət edib.

Ramos daha əvvəl “Sevilya”, PSJ və “Real”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü