“Uzunmüddətli əməkdaşlıq üçün bütün şərtlər yaradılıb”

29 Noyabr 2025 00:20 Dünya futbolu 518
“Uzunmüddətli əməkdaşlıq üçün bütün şərtlər yaradılıb”

Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Haud milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalamaq ehtimalı barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uzunmüddətli əməkdaşlıq qura biləcəklərinə inandığını söyləyib:

“Ançelotti hər şeyin hər iki tərəfdən asılı olduğunu dedi. İnanıram ki, uzunmüddətli əməkdaşlığı qura biləcəyik. Bunun üçün bütün şərtlər yaradılıb”.

Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2026-cı ildə başa çatacaq və əməkdaşlıq 2030-cu ilə qədər uzadıla bilər.

İtaliyalı mütəxəssis mayda Braziliya millisinin başına keçib. Komanda onun rəhbərliyi altında 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti