
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün turnirdə 6 matç keçirilib.
Azərbaycan təmsilçisi "Zirə" evdə "Hayduk"la (Xorvatiya) heç-heçə edib - 1:1.
Digər Azərbaycan klubları "Sabah" və "Araz-Naxçıvan" iyulun 24-də bu mərhələnin ilk oyunlarına çıxacaqlar. Onlar müvafiq olaraq "Petrokub" və "Aris"lə qarşılaşacaqlar.
"Zirə" (Azərbaycan) – "Hayduk" (Split, Xorvatiya) - 1:1
Qol: Brahim Konate, 31 (1:0), Antoni Kalik, 68 (1:1)
"Levadia" (Estoniya) - "İberiya" (Gürcüstan) - 1:0
Qol: Aqyiri, 80
"Silkeborq" (Danimarka) - "Akureyri" (İslandiya) - 1:1
Qollar: Makkouvat, 39 - Steynqrimsson, 90+1
TNS (Uels) - "Differdanj" (Lüksemburq) - 0:1
Qollar: Abreu, 37
"Olimpiya" (Sloveniya) - "İnter Eskalades" (Andorra) - 4:2
Qollar: Pinto, 55, 61, 65, Muhamedbeqoviç, 80 - Humanes, 13, Rafinya, 50
"Buduknost" (Monteneqro) - "Milsami" (Moldova) - 0:0