600 min dollar mənimsəməkdə şübhəli bilinir - Tanınmış federasiya prezidenti

23 İyul 15:40 Dünya futbolu 228
600 min dollar mənimsəməkdə şübhəli bilinir - Tanınmış federasiya prezidenti

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto təşkilatdan 600 min dollar oğurlamış ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Actu Cameroun” məlumat yayıb.

Federasiyadakı məsul mənbənin sözlərinə görə, Eto “çirkli pullar”ın yuyulmasında şübhəli bilinir.

Keçmiş futbolçu 600 min dollar oğurlamış ola bilər. Bu, Kamerun milli komandasının oyunçuları üçün 2023-cü ildə Meksika yığması ilə oyuna görə nəzərdə tutulmuş pul mükafatının məbləğidir. Oyunçular ödənişi almayıblar.

Etoya qarşı Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyinə şikayət edilib. O, 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidentidir.

2024-cü ilin sentyabrında FİFA keçmiş futbolçunun aqressiv davranışı və ədalətli oyun prinsiplərini pozduğuna görə onun Kamerunun kişi və qadın millilərinin oyunlarına girişinə 6 ay müddətinə qadağa qoyub.

Eto peşəkar futbolçu karyerası ərzində “Leqanes”, “Real”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor” və digər komandalarda çıxış edib. O, Kamerun millisində 118 oyun keçirib və 56 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 19:20 “Zirə” sata bilirmi?
23 İyul 17:30 Çək və bizə göndər!
23 İyul 16:20 "Zirə"dən son FOTOLAR
23 İyul 02:00 Konfrans Liqasında 4:2