
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.
Maltanın “Floriana” komandası səfərdə “Ballkani” (Kosovo) ilə üz-üzə gəlib. Görüşdə "Balkani" 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Zirə” ilk oyuna sabah çıxacaq. Rəqib isə Xorvatiya “Hayduk”u olacaq.
“Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları isə iyulun 24-də keçiriləcək.
“Ballkani” (Kosovo) - “Floriana” (Malta) 4:2
Qollar: Tolaj, 13, 32, Adetunyi, 27, 66 - Qrex, 8-pen; Con, 25