"Mən Messini çox bəyənirəm, amma seçimim Ronaldodur" - MÜQAYİSƏ ETDİ

13:10 Dünya futbolu 139
"Mən Messini çox bəyənirəm, amma seçimim Ronaldodur" - MÜQAYİSƏ ETDİ

“Real”ın sabiq müdafiəçisi Marselo Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Sportinfo.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, o, seçiminin Ronaldo olduğunu bildirib:

“Messi, yoxsa Ronaldo? Mən Leonu çox bəyənirəm, amma seçimim Ronaldodur. Biz sol cinahda birgə oynayırdıq, mən hər şeyi görmüşəm”.

Uzun illər “kral klubu”nun şərəfini qoruyan braziliyalı sabiq futbolçu portuqaliyalı hücumçu ilə eyni cinahda oynayıb və bu dövrdə onların əsas rəqibi Lionel Messinin formasını geyindiyi “Barselona” olub.

Marselo 2007-2022-ci illərdə “Real”ın formasını geyinib. Beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş sabiq futbolçu 2024-cü ilin fevralında karyerasını başa vurub.

Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda, Messi isə ABŞ-ın “İnter Mayami” komandasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 16:20 "İmişli" budur - 2:1!