Tarixin ən güclü futbolçusu seçildi - O, nə Peledir, nə də Maradona

00:00 Dünya futbolu 111
Tarixin ən güclü futbolçusu seçildi - O, nə Peledir, nə də Maradona

İngiltərənin nüfuzlu “Sky Sports” nəşri futbol tarixinin ən güclü oyunçusunu müəyyən etmək üçün sorğu keçirib.

Sportinfo.az xəbər verir ki, ümumilikdə yarım milyona yaxın respondent səsvermədə iştirak edib.

Birinci yeri bütün səslərin 36 faizini toplayan Portuqaliya millisinin hücumçusu və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında çıxış edən Kriştiano Ronaldo tutub.

İkinci yerdə cüzi fərqlə “İnter Mayami”dən olan məşhur argentinalı Lionel Messi (35%) qərarlaşıb.

Üçüncü yeri Messinin əfsanəvi həmyerlisi Dieqo Maradona tutub. Üçqat dünya çempionu braziliyalı Pele isə 4-cü yerdə qərarlaşıb.

Maradona 2020-ci ildə, Pele isə 2022-ci ildə dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR