
İtaliya millisinin və “Yuventus”un sabiq müdafiəçisi Corcio Kyellini klubu sahibi olub.
Sportinfo.az xəbər verir ki, o, MLS təmsilçisi “Los-Anceles”in səhmdarlarından birinə çevrilib.
Bu barədə klub rəsmi açıqlama yayıb.
Kyellini 2022-ci ildə “Yuventus”dan ayrıldıqdan sonra məhz bu komandanın heyətinə qoşulmuşdu və 2023-cü ilin sonuna qədər ABŞ təmsilçisinin formasını geyinmişdi.
O, “Los Angeles FC” ilə MLS çempionluğu da yaşamışdı.