Messiyə söz verdilər - İstədiyin oyunçuları alacağıq

9 İyul 22:00 Dünya futbolu 118
Messiyə söz verdilər - İstədiyin oyunçuları alacağıq

Səudiyyə Ərəbistanı nümayəndələri Lionel Messini ölkə çempionatına cəlb etmək üçün ciddi cəhdlər göstərsələr də, argentinalı futbolçu bu təklifi rədd edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu “İnter Mayami” ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.

Yaxın gələcəkdə “İnter Mayami” heyətini Messinin millidəki komanda yoldaşı Rodriqo De Paulla gücləndirməyi planlaşdırır.

Bu transfer klubun Messiyə verdiyi vədlərdən biridir. Rəhbərlik heyəti daha da gücləndirəcəyinə söz verib.

Messinin “İnter Mayami” ilə hazırkı müqaviləsinin müddəti bu ilin sonuna qədərdir. O, artıq iki ildir ki, MLS klubunun formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?