Konfrans Liqasında mövsümə start verildi - 2 NƏTİCƏ

00:40 Dünya futbolu 113
Konfrans Liqasında mövsümə start verildi - 2 NƏTİCƏ

Konfrans Liqasının 2025/26 mövsümünə start verilib.

Spotinfo.az xəbər verir ki, ilk oyun günündə 1-ci təsnifat mərhələsi çərçivəsində 2 matç baş tutub.

Görüşlər Cəbəllütariq və Maltada olub. Məhsuldar keçən “Sent Jozefs” – “Kliftonvill” matçında qalib müəyyənləşməyib.

“Floriana” isə “Haverfordvest”lə görüşdə əzmkar qələbə qazanıb.

Bu turnirin 1-ci təsnifat mərhələsinin digər görüşləri iyulun 10-da oynanılacaq. Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

“Sent Jozefs” (Cəbəllütariq) – “Kliftonvill” (İrlandiya) 2:2
“Floriana” (Malta) – “Haverfordvest” (Uels) 2:1

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?