COP29

Son dəqiqələrdə çempionluq gətirən qol - VİDEO

30 May 03:30 Dünya futbolu 487
Son dəqiqələrdə çempionluq gətirən qol - VİDEO

Konfrans Liqasının qalibi müəyyənləşib.

Sportinfo.az" xəbər verir ki, "Olimpiakos" və "Fiorentina"nın üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.

Afinadakı "AEK Arena"da baş tutan matçın əsas vaxtı 0:0 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.

116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan El Kaabi "Olimpiakos"un qələbə qolunun müəllifi olub.

"Qırmızı-ağlar" tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!