
Portuqaliyalı ulduz Kristiano Ronaldo İrana gedəcək.
Sportinfo.az xəbər verir ki, buna səbəb onun çıxış etdiyi "Əl Nasr” (Səudiyyə Ərəbistanı) ilə "Persepolis”in sentyabrın 19-da Asiya Çempionlar Liqası çərçivəsində üz-üzə gəlməsidir.
Tehranın "Azadi” stadionunda baş tutacaq qarşılaşma tamaşaçısız oynanılacaq.
Hazırda internetə giriş məhdudiyyətləri səbəbindən VPN-dən istifadə edilən "Persepolis" Ronaldo və komanda yoldaşlarına VPN-siz xüsusi sim kartların veriləcəyini açıqlayıb.
İranın mədəniyyət və turizm naziri İzetullah Zərqami bu açıqlamanı təkzib edib:
"Ronaldo İrana gələndə ailəsi və dostları ilə görüşmək istəyərsə, yerli mesajlaşma proqramları olan "Bale" və "Eitaa"dan istifadə etməlidir.
Ailəsinə və dostlarına da zəng edərək, bu proqramı quraşdırıb istifadə etmələrini söyləməlidir".