
Niderland yığmasının sabiq yarımmüdafiəçisi Rud Qullit Klarens Zeedorf haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, keçmiş futbolçunun texniki direktor vəzifəsi üçün müraciətinin cavabsız qaldığını bildirib:
“Çox etibarlı mənbədən aldığım məlumata görə, Zeedorf “Ayaks”a texniki direktor vəzifəsi üçün müraciət edib, lakin cavab almayıb”.
Hazırda Amsterdam təmsilçisində bu vəzifəni Jerri Hamstra icra edir.