
FIFA 2022-ci ilin ən yaxşı kişi baş məşqçisi adına namizədləri açıqlayıb.
Sportinfo.az xəbər verir ki, siyahıda ümumilikdə 5 mütəxəssis yer alıb.
Bunlar "Real"dan Karlo Ançelotti, Fransa millisindən Didye Deşam, "Mançester Siti"dən Xosep Qvardiola, Mərakeş yığmasından Valid Reqragi və Argentina seçməsindən Lionel Skalonidir.
"The Best" mükafatı 2023-cü il fevralın 27-də təqdim ediləcək.