“Dördlər finalı”nın keçiriləcəyi ölkə açıqlandı - Millətlər Liqasında

29 Noyabr 2022 19:00 Dünya futbolu 485
“Dördlər finalı”nın keçiriləcəyi ölkə açıqlandı - Millətlər Liqasında

UEFA Millətlər Liqasında “dördlər finalı”nın keçiriləcəyi ölkənin adı məlum olub.

Sportinfo.az xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.

Millətlər Liqasının yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda görüş iyunun 18-də keçiriləcək.

Püşkatma mərasimi yanvar ayında olacaq.

“Dördlər finalı”nda A Liqasında qrup qalibləri – Niderland, Xorvatiya, İtaliya və İspaniya yığma komandaları mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi