Hacı Olimpiadaya lisenziyanı Bakıda əldə etdi - FOTOLAR

8 Aprel 2024 03:10 Dünya futbolu 525
Hacı Olimpiadaya lisenziyanı Bakıda əldə etdi - FOTOLAR

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gəlib.

Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da beynəlxalq oyunda iştirak hüququ əldə edib.

Belə ki, T. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb.

H.Əliyev isə Həmzət Arsamerzoyevə (Fransa) 5:2, ardınca Niurqun Skriabinə (AİN) 4:2 hesabı ilə qalib gələrək yarımfinalda İslam Dudayevlə (Albaniya) qarşılaşıb.

65 kq çəkidə çıxış edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib.



Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu