Azərbaycanlı futbolçu Ronaldonu təbrik etdi

24 İyun 2021 14:00 Dünya futbolu 1 206
Azərbaycanlı futbolçu Ronaldonu təbrik etdi

İran yığmasının sabiq üzvü, azərbaycanlı Əli Daei Kriştiano Ronaldonun onun rekordunu təkrarlamasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Daei Ronaldonu təbrik edib və rekordunun onun tərəfindən qırılacağına da hazır olduğunu bildirib: “Ronaldonu təbrik edirəm. Artıq bir qol lazımdır ki, mənim rekordumu yeniləsin. Rekordumun belə bir futbolçu tərəfindən yenilənəcəyi mənim üçün qürurdur.

O. böyük futbolçu, humanist insandır. Ronaldo bütün dünyada insanlar möhtəşəm hiss bəxş edir. İrəli!”

Qeyd edək ki, Ronaldo Fransa ilə qarşılaşmada dubl edərək, yığmada vurduğu qolların sayını 109-a çatdırıb. Əli Daei də İran yığmasında məhz bu qədər qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!