"Bakıda ciddi uğurlara imza atmaq, tarix yazmaq istəyirik"

12 İyun 2021 00:42 Dünya futbolu 443
"Bakıda ciddi uğurlara imza atmaq, tarix yazmaq istəyirik"

"Oyuna yaxşı hazırlaşmışıq. Bizdən gözləntilər böyükdür. Addım-addım hərəkət edirik. Düşünürük ki, daha da irəliyə gedə bilərik"

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsveçrə millisinin futbolçusu Qranit Caka Uelslə AVRO-2020-nin A qrupunun ilk tur oyunundan öncə mətbuat konfransında deyib.

İngiltərə "Arsenal"ında çıxış edən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, qarşıda duran əsas vəzifə qələbə qazanmaqdır:

"Təcrübəli oyunçularımız çoxdur. Hədəflərimiz böyükdür. Burada ciddi uğurlara imza atmaq, tarix yazmaq istəyirik. Amma bunun üçün meydanda daha yaxşı oyun göstərməliyik".

Təcrübəli oyunçu matçdan heç bir təhlükə gözləmədiyini vurğulayıb: "Yaxşı oynasaq, problem olmayacaq. Amma rəqibə də hörmət edirik. Aaron Remsi ilə İngiltərədə oynamışam. Sabah bizi maraqlı oyun gözləyir. Matça tam hazırıq".

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var