21-ci əsrin ən yaxşı futbolçusu seçildi - MESSİ

25 İyul 2024 00:10 Dünya futbolu 2 016
21-ci əsrin ən yaxşı futbolçusu seçildi - MESSİ

“Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi “21-ci əsrin ən yaxşı futbolçusu” seçilib.

Sportinfo.az xəbər verir ki, bu haqda siyahını məşhur idman nəşri ESPN müəyyənləşdirib.

Siyahıda ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tutub.

“Barselona” və “Arsenal”ın sabiq hücumçusu Tyeri Anri üçüncü, “Real Madrid”in və Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan dördüncü, xorvatiyalı Luka Modriç isə beşinci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti