Ronaldo “yox” dedi, gözlər Messidə

24 Yanvar 2021 01:52 Dünya futbolu 2 359
Ronaldo “yox” dedi, gözlər Messidə

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından reklam təklifi alıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçunun təklifə cavabı “yox” olub.

Ronaldo bu ölkəni turizm məkanı kimi reklam etmək istəməyib.

35 yaşlı futbolçuya reklam kampaniyasına qatılması üçün 6 milyon avro təklif edilsə də, Ronaldonun cavabı mənfi olub.

Səudiyyə Ərəbistanı təmsilçiləri belə bir təklifi “Barselona”nın futbolçusu Lionel Messiyə də edib. Messinin cavabı isə hələ məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti