Niderlandın baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsində Yunanıstan üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan niderlandlı mütəxəssis Yunanıstan millisinin oyun ərzində heç bir şansının olmadığını bildirib:
“Matçın nəticəsini əlavə vaxtda yox, penaltidən çox əvvəl həll etməliydik. Yunanlar üç hücumçunu meydana buraxdılar.
İlk hissəni rahat keçirdik. Biz özümüzə inanmağa davam etdik. Yunanıstan yığması heç bir şans yaratmadı.
Bundan sonra təslim olmamaq üçün çox diqqətli olmalıyıq”.
Niderland millisi yunanları 90+3-cü dəqiqədə, Vircil van Daykın penaltidən vurduğu qolla məğlub edib.