Siyəzəndə yeni idman mərkəzi tikilir - FOTO

14 Sentyabr 2020 23:40 Digər növlər 557
Siyəzəndə yeni idman mərkəzi tikilir - FOTO

Siyəzəndə Yeniyetmə və Gənclərin Fiziki Hazırlıq Mərkəzi inşa olunur.

Sportinfo.az xəbər verir ki, mərkəzdə qapalı idman zalları və açıq havada mini stadion fəaliyyət göstərəcək.

Babək küçəsində tikilən ikimərtəbəli idman mərkəzinin sahəsi 170 kvadratmetrdir. Mərkəz rayonda idmanın inkişafı və kütləviliyin artırılması, gənclərin sağlam həyat tərzi sürmələri, potensiallarının üzə çıxarılmasına xidmət göstərəcək.

İlin sonuna kimi inşası başa çatdırılacaq binanın hazırda ikinci mərtəbəsi tikilir..

Digər Xəbərlər
Xəbər Lenti