Azərbaycanlı nazirin oğlu: "Lazımsız xərclər çəkməyəcəyik"

26 Mart 2020 11:48 Digər növlər 512
Azərbaycanlı nazirin oğlu: "Lazımsız xərclər çəkməyəcəyik"

“Avstraliya Qran-Prisinin təşkilatçılarının timsalında gördük ki, onlar nə dərəcədə çətin duruma düşüb.

Heç bir Qran-Pri promouteri bu vəziyyətdə olmaq istəməzdi”.

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin icraçı-direktoru Arif Rəhimov deyib.

Azərbaycan Qran-Prisi iyunun 7-də keçirilməli idi. O, Formula-1 üzrə Azərbaycan Qran-Prisinin koronavirus pandemiyası səbəbindən təxirə salınmasının səbəblərini açıqlayıb.

Gənclər və idman naziri Azad Rəhimovun oğlu ildirib ki, Avstraliya Qran-Prisi ilə bağlı baş verənlər digər mərhələlərin təşkilatçıları üçün nümunə olub:

“Həqiqətən də Endryu Uestkott və onun komandası üçün təəssüflənirəm. Onların yaşadıqları dəhşətdir. Qran-Prinin son anda ləğvi promouter üçün faciədir.

Mərhələnin keçirilməsi ciddi səylər tələb edir. Üstəlik, Avstraliyada yarış müvəqqəti quraşdırılan trasda keçirilir. Onlar bunu qurmağa çox vaxt, pul və güc sərf etdilər, sonda isə ləğv olundu. Bu əsl faciədir”.

İcraçı direktor Rusiya mətbuatına təxirə salınma ilə bağlı qərarı son anda verdiklərini bildirib: “İndi digər promouterlər belə halla üzləşməkdən qaçmağa çalışır.

Aydındır ki, bir çox yürüşün təxirə salındığı vəziyyət və Avstraliyada baş verənlər durumu yüngülləşdirmir. Amma siz vəziyyəti digərlərinə izah edəndə mövqeyinizi məntiqli göstərir. Biz trasdakı işlərə başlamamış bu qərarı verdik.

Bu əsas orientirlərdən biri idi. Əmin olmaq istəyirdik ki, lazımsız xərclər çəkməyəcəyik. Trasın inşasına bütün bunları xərcləsək, sonra yarışı keçirə bilməsəydik, tam faciə olardı.

Bizim üçün trasdakı işlərin başlaması üçün son tarix martın ortaları idi. Biz bunu bir həftə təxirə saldıq ki, yarışın keçirilməsi barədə qərar qəbul edək. İşə başlamalı olduğumuz son gündə də bu qərarı verdik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"