Azərbaycanda tanınmış idmançılardan ibarət komissiya yaradıldı - SİYAHI

18 Mart 2020 17:52 Digər növlər 700
Azərbaycanda tanınmış idmançılardan ibarət komissiya yaradıldı - SİYAHI

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) İdmançılar Məsləhətçi Komissiyasını təsis edib.

Sportinfo.az AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, komissiyanın əsas məqsədi agentliyin fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsipilərinə əməl olunub.

Komissiyanın funksiyası idmançılar və AMADA arasında əlaqələndirici rolunu oynamaqdan ibarət olacaq. Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir:

Açıq elan əsasında üzv seçilən idmançılar: İlham Zəkiyev, Hacı Əliyev

İdman federasiyalarının seçdikləri idmançılar: Rəsul Çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasileva, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Ruslan Abışov.

Komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı