"Heç bir məhdudiyyət qoymamışıq" - NAZİR

28 Fevral 2020 16:42 Digər növlər 743
"Heç bir məhdudiyyət qoymamışıq" - NAZİR

"Hazırda idmançılarımıza koronavirusla əlaqədar hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O, koronavirus təhlükəsi görülən ölkələrlə bağlı federasiyalarla birlikdə qərar qəbul etdiklərini bildirib: "Bu gün bəzi ölkələr bu cür məhdudiyyətlər qoyurlar. Buna misal olaraq, İtaliyanı göstərmək olar. Hazırda İtaliyada bütün yarışlar ləğv olunub".

Nazir bu gün mövcud olan vəziyyətlə tanış olmağa və idmançıları qorumağa çalışdıqlarını vurğulayıb: "Bildiyiniz kimi 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas məqsədimiz idmançıları bu yarışlar üçün qorumaqdır". (

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi