İsa Hüseynov Avropa birinciliyində üç bürüncə sahibləndi - FOTO

04:50 Digər növlər 57
İsa Hüseynov Avropa birinciliyində üç bürüncə sahibləndi - FOTO

Azərbaycan ağırlıqqaldıranı İsa Hüseynov Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində üç bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, birdənqaldırma hərəkətində 93 kq çəkini başı üzərinə qaldıran İsa yarışın bürünc mükafatını əldə edib.

60 kq çəki dərəcəsində yarışan Hüseynov təkanlaqaldırmada 116 kq ağırlığın öhdəsindən gələrək yenə ən güclü "üçlüy"ü tamamlayıb.

Beləliklə, iki hərəkətin cəmində 209 kq nəticə göstərən İsa Hüseynov toplamda da Avropa birinciliyinin bürünc medalına sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!