Federasiyada məşqçilik kursları keçiriləcək - Avqust–oktyabr aylarında

05:00 Digər növlər 72
Federasiyada məşqçilik kursları keçiriləcək - Avqust–oktyabr aylarında

Azərbaycan Atletika Federasiyasında (AAF) avqust–oktyabr aylarında məşqçilik kursları keçiriləcək.

Sportinfo.az AAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-dan sentyabrın 1-dək xarici mütəxəssis tərəfindən sprint və sədlərlə qaçış üzrə təlim təşkil olunacaq.

Sentyabrın 21–24-də milli komandanın məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. Oktyabrın 27–31-də isə Uşaq-Gənclər İdman Məktəblərinin atletika bölmələrində çalışan məşqçilər üçün yerli seminar təşkil ediləcək.

Xarici mütəxəssislərin də cəlb olunacağı təlimlərin əsas məqsədi məşqçilərin bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!