Azərbaycan daha bir dünya çempionatının ev sahibi olacaq

17 Avqust 08:20 Digər növlər 472
Azərbaycan daha bir dünya çempionatının ev sahibi olacaq

Bədii gimnastika üzrə 43-cü Dünya çempionatı 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Belə ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti