Ölkəmizin təmsilçisi Avropa ikincisi oldu - VİDEO+FOTOLAR

03:20 Digər növlər 71
Ölkəmizin təmsilçisi Avropa ikincisi oldu - VİDEO+FOTOLAR

Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında təmsilçimiz Tatyana Smilovenko uğurlu nəticə göstərib.

Sportinfo.az xəbər verir ki, milli komandamızın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.

Tatyana həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, Tatyana Smilovenkonun milli komandamız adından qitə çempionatında qazandığı ikinci medaldır.

O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!