Milli komanda üzvləri üçün antidopinq seminarları keçirdilər

27 İyul 05:00 Digər növlər 433
Milli komanda üzvləri üçün antidopinq seminarları keçirdilər

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə milli komandaların üzvləri üçün mövsümqabağı antidopinq mövzusunda onlayn maarifləndirici seminarlar təşkil olunub.

Sportinfo.az AMADA-ya istinadən xəbər verir ki, fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəkdə tramplindən tullanma idman növlərini əhatə edən vebinarlar Azərbaycan və ingilis dillərində keçirilib.

Vebinarlar zamanı iştirakçılara qadağan edilmiş maddələr siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və vəzifələri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunan vebinarların əsas məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, mümkün qayda pozuntularının qarşısını almaq və təmiz, ədalətli rəqabət mühitini təşviq etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM